Naxçıvanda yol qəzasında ana və oğlu xəsarət alıb - FOTO
sizinxeber.az xəbər saytı

Naxçıvanda yol qəzasında ana və oğlu xəsarət alıb - FOTO


Babək rayonunda baş verən qəzada ana və oğlu xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində baş verib.

"Renault" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Babək rayonu Yarımca kənd sakinləri - 1979-cu il təvəllüdlü Məmmədova Gülnarə Məmmədəli qızı və onun oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Yaşar Abbas oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Naxçıvan-Şahbuz yolunda avtomobil aşıb, xəsarət alan var
Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO
Culfada avtomobil aşıb, bir nəfər xəsarət alıb - FOTO
Naxçıvan-Sədərək magistralında qəza olub, 5 nəfər xəsarət alıb
Naxçıvanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle