Naxçıvanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb


Babək rayonunda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Çeşməbasar kənd ərazisində qeydə alınıb. 77-YA-725 dövlət nömrə nişanlı "Changan" və 69-TA-153 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub. Qəza nəticəsində Ordubad rayon Vənənd kənd sakinləri - 1960-cı il təvəllüdlü Qafarov Əli Zeynalabdin oğlu, 1963-cü il təvəllüdlü Muxtarova Şahnaz Vəli qızı, 1977-ci il təvəllüdlü Muxtarov Nadir Vaqif oğlu və rayonun Anaqut kənd sakini, 1983-cü il təvəllüdlü Ağayeva Kifayət Cəbrayıl qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var
Naxçıvanda zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb
Naxçıvanda avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb - FOTO
Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 17 yaşlı qız xəsarət alıb - FOTO
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle