Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
sizinxeber.az xəbər saytı

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib


Oğuz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

“Sizinxeber.az”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı avtomobilin idarəetmədən çıxması nəticəsində avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib. Sürücü isə ağır xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzada ölən və xəsarət alan şəxslər Oğuz rayon sakinləridir. Hazırda onların kimlikləri dəqiqləşdirilir.

Hadisə yerində polis əməkdaşları cəlb olunub.

Əlavə ediləcək...

Oxşar xəbərlər

Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var
Oğuzda avtomobil aşıb, xəsarət alanlar var
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
Oğuzda ev yanıb, xəsarət alan var
Oğurda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle