İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
İmişli-Biləsuvar avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində xəsarət alanların sayı artıb.
"Report"un Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan daha bir nəfər - 1976-ci il təvəllüdlü Sənan Vəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bununla da avtoqəza nəticəsində xəsarət alanların sayı 4-ə çatıb.
Qeyd edək ki, hadisə bu gün İmişli-Biləsuvar avtomobil yolunda qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Faktla bağlı araşdırmalar aparılır.
İmişli-Biləsuvar avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun 6-cı kilometrliyində, yolun İmişlidən keçən hissəsində qeydə alınıb.
"Toyota Prado" markalı avtomobilin aşması nəticəsində Ramil Vəliyev və Adil Sadıqov dünyasını dəyişib.
Avtomobildə olan sərnişinlər Fatma Şərifova, Abdullah Ramil, Muhəmməd Vüsal müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB- 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvar sakini buzlu yolda yıxılaraq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gədəbəydə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda iki yol qəzası baş verib, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












