Şirvanda ağır qəza nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb
sizinxeber.az xəbər saytı

Şirvanda ağır qəza nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb


Şirvanda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Tayota Prius” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.

Nəticədə “Opel” markalı avtomobildə olan bir ailənin 5 üzvündən 4-ü-Neftçala sakini, 1988-ci il təvəllüdlü Bəşirli Əli Sədaqət oğlu, Abşeron sakini, 1995-ci il təvəllüdlü Bəşirli Leyla İlqar qızı, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Bəşirova Ayşən İlqar qızı, Şirvan sakini və 2018-ci il təvəllüdlü Bəşirli Gülay Əli qızı yüngül xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib.

Onlar ambulator yardım alandan sonra evə buraxılacaq.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Hacıqabulda qəzada 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Hacıqabulda qəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2
Qaxda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Hacıqabulda yol qəzasında ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB-3
Hacıqabulda minik maşını yük avtomobilinə çırpılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle