“Məclis.info” saytının rəhbəri İmran Əliyev və Elgiz Qəhrəmanın məhkəməsi başlayır
“Məclis.info” saytının rəhbəri İmran Əliyev və Elgiz Qəhrəmanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.
APA xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin icraatına verilib.
Təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur.
Oxşar xəbərlər
Qanunsuz mərc oyunları təşkil etməkdə təqsirləndirilən şəxsə cəza istənilib
Qanunsuz mərc oyunları təşkil etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Dövlətin külli miqdarda vəsaitini talayan mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib
“ƏDV geri al” sistemi vasitəsilə 1 milyon manatlıq oğurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
206 min manat mənimsəməkdə ittiham olunan şirkət rəhbərinə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













