Ramid Namazov: İnformasiya resurslarına haker hücumlarına ölkə daxilindən də dəstək verilib
“Global Media Group”-a daxil olan informasiya resurslarına haker hücumunun ilkin təhlilləri göstərir ki, daxili infrastrukturu zərərverici proqram təminatları ilə yoluxdurulub, mərkəzi idarəetmə sistemi tam olaraq ələ keçirilib.
“Sizinxeber.az”un məlumatına görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirdiyi ictimai müzakirələrdə komissiyanın sədri Ramid Namazov fevralın 20-də bir sıra media resusrlara hücumlarla bağlı danışarkən deyib.
O qeyd edib ki, hücum nəticəsində, sistem inzibatçısına məxsus kompüter ələ keçirilmiş, bütün internet resurslarının ehtiyat nüsxələrinin saxlanıldığı serverə giriş edilib.
“Bundan sonra isə hücumu həyata keçirənlər digər media resurslarına müdaxilə etmişlər. Nəticədə, veb-server məlumatları və ehtiyat nüsxələr silinmiş, media resursları məhv edilmiş, infrastruktura giriş məhdudlaşdırılıb”.
Onun sözlərinə görə, təbii ki, hücuma məruz qalan media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən dərhal müvafiq addımlar atılmışdır.
“Maraqlıdır ki, sonrakı müddət ərzində də, yəni aidiyyəti dəstək veriləndən sonra da bərpa edilən internet informasiya ehtiyatlarına kiberhücum cəhdlərinin davam etdiyi müşahidə edilmiş, lakin qarşısı alınmışdır.
Hücum zamanı istifadə edilən IP (internet protokol) ünvanları və domenlər, o cümlədən qrupun bütün əlaqələri müəyyən edilmişdir. Qeyd edilməlidir ki, hücumlara ölkədaxili IP-lərdən də dəstək verildiyi, kiberhücumda iştirak edən bəzi şəxslərin ölkəmizin ərazisində olduqları, hətta hansı hoteldə olduqları müəyyən edilmişdir. Söhbət əcnəbilərdən gedir. Bu isə məsələnin sıravi bir kiberhücum halı olmadığının göstəricisidir”.
Oxşar xəbərlər
Komissiya sədri: Azərbaycanın bir sıra media resurslarına kiberhücum Rusiyadan qaynaqlanıb
MEDİA: Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür
“Global Media Group”un onlayn resurslarına kütləvi haker hücumu olub
“Global Media Group”un idarə heyətinin üzvü: İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib hissəsidir
Ramid Namazov: COP29-a ev sahibliyi edən Azərbaycana qarşı hibrid hücumların əsası yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













