Bakıda “Porche” ilə sərxoş halda avtoxuliqanlıq edən qadın sürücü həbs olunub - VİDEO
Bakıda “Porche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.
APA xəbər verir ki, Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə “Porche” markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.
Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Bakıda “Porche” ilə sərxoş halda avtoxuliqanlıq edən sürücü həbs olunub
Bakıda “Porche” ilə sərxoş halda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO
Qarlı yolda avtoxuliqanlıq edən sürücü həbs olunub
Beyləqanda sərxoş halda maşın sürən şəxs həbs edilib
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













