Şuşa və Xocalıda kütləvi məzarlıqlar aşkarlanıb - FOTO
Azad edilən ərazilərdə aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin qeyd edib ki, kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa - Laçın yolunun birləşməsində aşkar edilib. Burada aşkarlanan qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb.
Digər məzarlıq isə Xocalıda, Əsgəran- Xocalı yolunun üstündə aşkarlanıb. Bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb: "Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".
Oxşar xəbərlər
Dövlət Komissiyası: Xocalıda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb
Dövlət Komissiyası: Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir
İşçi qrupu: 23 kütləvi məzarlığın hər birində ikidən çox şəxsə aid insan qalığı aşkarlanıb
Eldar Səmədov: Kütləvi məzarlıqda tapılan meyit qalıqlarında işgəncə izləri var
700-ə yaxın itkin düşmüş şəxsə aid meyit qalığı aşkarlanıb, 165-i ailələrinə təhvil verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













