Eldar Səmədov: Kütləvi məzarlıqda tapılan meyit qalıqlarında işgəncə izləri var
sizinxeber.az xəbər saytı

Eldar Səmədov: Kütləvi məzarlıqda tapılan meyit qalıqlarında işgəncə izləri var


"Beynəlxalq hüquqa görə, insanların girov götürülməsi qadağan olunsa da, burada insanlar girov götürülməklə yanaşı, işgəncələrlə qətlə yetirilib. Onlar qətlə yetirildikdən sonra burada kütləvi şəkildə dəfn olunub".

Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi uzun müddət həm Xocalı soyqırımı zamanı, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin araşdırılması ilə bağlı beynəlxlaq təşkilatların vasitəsi ilə Ermənistana sorğular göndərib: "Bu insanların taleyi ilə bağlı faktları Ermınistan tərəfi gizlətməyə davam edir".

E. Səmədov qeyd edib ki, aşkarlanan meyit qalıqlarında zorakılıq izləri aşkar görünür: "Onların ayaq, əl və kəllə sümüklərində küt alətlərlə vurulmuş zədələr var. Meyit qalıqları üzərində işgəncə izləri aşkar görünür. Geyimlərdən görünür ki, bu qalıqlar mülki şəxslərə aiddir. Mütəxəssislərin rəyinə görə, onların arasında qadınlar çoxluq təşkil edir. Qazıntı prosesi davam edir. Ola bilsin ki, yerin aşağı laylarında yenə meyit qalıqları tapılsın".

Oxşar xəbərlər

Dövlət Komissiyası: Xocalıda tapılan kütləvi məzarlıq göstərir ki, ermənilərin dediyi humanitar dəhliz olmayıb
Dövlət Komissiyası: Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir
Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb, 200-ü keçəcək
Şuşa və Xocalıda kütləvi məzarlıqlar aşkarlanıb - FOTO
Dövlət Komissiyası: Yaxın vaxtlarda taleyi aydınlaşdırılmayan itkinlərimizlə bağlı ailələrinə yeni məlumat verəcəyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle