Dövlət Komissiyası: Xocalıda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb 
sizinxeber.az xəbər saytı

Dövlət Komissiyası: Xocalıda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb 


Əsgəran-Xocalı yolunda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb:

"Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".

Oxşar xəbərlər

Bu günədək azad olunan ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb, 169 şəxsin meyit qalıqları ekshumasiya edilib - RƏSMİ
Kütləvi məzarlıqların aşkarlandığı yerlər açıqlandı - RƏSMİ
700-ə yaxın itkin düşmüş şəxsə aid meyit qalığı aşkarlanıb, 165-i ailələrinə təhvil verilib
İşçi qrupu: 23 kütləvi məzarlığın hər birində ikidən çox şəxsə aid insan qalığı aşkarlanıb
Azad olunmuş ərazilərdə 2021-ci ildən indiyədək 23 kütləvi məzarlıq aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle