Kürdəxanıda istixanada yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
11:50

Kürdəxanıda istixanada yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2

24 apr, 2025
11:50
525

Kürdəxanıda istixanada yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

FHN-dən Sizinxeber.az-ya verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 2000 kv.m olan istixana kompleksinin intizibati binası 560 kv.m. sahədə yanıb.

İnzibati binanın böyük hissəsi və bitişik yerləşən istixanalar yanğından mühafizə olunub.

***

11.42

Kürdəxanıda istixanada yanğın söndürülüb.

Bu barədə Sizinxeber.az-nın hadisə yerində olan əməkdaşı xəbər verir.

Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin Naib

***

11.28

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

11.15

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində istixanada baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Sizinxeber.az-nın hadisə yerində olan əməkdaşı məlumat verib.

İlkin Naib

***

10.04

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın