Gəncədə 2 şagird arasında mübahisə düşüb, xəsarət alan var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2025
14:00

Gəncədə 2 şagird arasında mübahisə düşüb, xəsarət alan var

23 apr, 2025
14:00
703

Gəncədə 2 şagird arasında mübahisə düşüb, xəsarət alan var

Gəncədə 2 şagird arasında mübahisə düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinin 4-cü sinfində oxuyan 2 şagirdi arasında mübahisə düşüb, onlardan biri xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə olub.

"Bununla bağlı ekspertiza təyin olunub, məsələyə aparılan araşdırmadan sonra hüquqi qiymət veriləcək", - deyə DİN rəsmisi qeyd edib.

Qeyd edək ki, mübahisə edənlər eyni sinfin şagirdləridir.

Xatırladaq ki, ötən gün Gəncə şəhərində yerləşən daha bir məktəbdə də şagirdlər arasında mübahisə düşüb, 1 nəfər xəsarət alıb.

Bizimlə əlaqə saxlayın