Mənimsəmədə təqsirləndirilən sabiq vəkil Sümbülə Əliyeva şikayətini geri götürüb
Sabiq vəkil Sümbülə Əliyevanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Sizinxeber.az xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxs şikayətini geri götürüb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, Sünbülə Əliyevaya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
Həbsdə olan Sümbülə Əliyeva məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişdirməyib.
Qeyd edək ki, ittihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Məhkəmə vəkil Sümbülə Əliyeva ilə bağlı qərar verib
Vəkil Sümbülə Əliyevanın şikayəti üzrə məhkəmə başlayıb
Rüşvətə görə həbs olunan xəstəxana direktoru ilə bağlı şikayətlər geri götürülüb
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib
MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










