Zaqatalada üç avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zaqatalada üç avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB


Zaqatalada baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan şəxslər Zaqatala şəhər sakinləri 1978-ci il təvəllüdlü Məryəm Mehdi qızı Qebeyeva və 1986-cı il təvəllüdlü Tərlan Fikrət oğlu İsayevdir.

Onların müalicəsi xəstəxanada davam etdirilir.

***

01:04

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə aprelin 22-i axşam saat 23 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili ilə sərnişin daşıyan “Vito” toqquşub.

Daha sonra həmin minik avtomobili “BMW” markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Zaqatalada iki minik avtomobili toqquşub, ölən və yaralananlar var
Zaqatalada üç avtomobil toqquşub, xəsarət alanlar var
Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Zaqatalada minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle