Zaqatalada üç avtomobil toqquşub, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Zaqatalada üç avtomobil toqquşub, xəsarət alanlar var


Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə aprelin 22-i axşam saat 23 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili ilə sərnişin daşıyan “Vito” toqquşub.

Daha sonra həmin minik avtomobili “BMW” markalı minik avtomobili ilə toqquşub.

İlkin məlumata görə, qəza zamanı üç nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib, bir neçə nəfər xəsarət alıb
Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var - VİDEO
Zaqatalada 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib - FOTO
Zaqatalada minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle