FHN “Masallı” hotelində təlim keçib
sizinxeber.az xəbər saytı

FHN “Masallı” hotelində təlim keçib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Masallı” hotelində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.

Bu barədə "Sizinxeber.az"a FHN-dən məlumat verilib. 

Bildirilib ki, təlimə FHN-in yerli strukturları və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin qüvvələri, eləcə də otelin əməkdaşları cəlb olunub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, o cümlədən dəm qazı təhlükəsinin qarşısının alınması yolları, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Sonra təlimin praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında otelin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin və qonaqların “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Oxşar xəbərlər

FHN DSX-nin hərbi hissəsində təlim keçib
FHN “Masallı” hotelində təlim keçirib - VİDEO
FHN Lənkaranda hoteldə təlim keçirib - VİDEO
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib
ADY və FHN növbəti birgə təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle