FHN DSX-nin hərbi hissəsində təlim keçib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçib.
Bu barədə “Sizinxeber.az”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Praktiki hissə çərçivəsində isə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında hərbi hissənin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə şəxsi heyətin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “zərərçəkmişlərin” hündürmərtəbəli binadan təxliyə edilərək onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi əməliyyatları yerinə yetirilib.
Daha sonra hərbi hissənin şəxsi heyətinə yanğınsöndürmə və xilasetmə işlərinin aparılması qaydaları izah edilib, xüsusi xilasetmə alət və avadanlılqarı nümayiş olunub.
Oxşar xəbərlər
Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Bakıda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
FHN metroda yanğınla bağlı təlim keçirib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










