Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin həbs müddəti uzadılıb
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə APA-ya vəkil Aqil Layıc məlumat verib. Bununla bağlı bu gün Xətai rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.
Qeyd edək ki, aprelin 1-də Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verilib
“Oleq Bakinski”nin məhkəməsinin vaxtı məlum olub
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev xuliqanlıqla bağlı saxlanılıb
Elnarə Qasımovanın həbs müddəti uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












