“Oleq Bakinski”nin məhkəməsinin vaxtı məlum olub
sizinxeber.az xəbər saytı

“Oleq Bakinski”nin məhkəməsinin vaxtı məlum olub


Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin barəsində olan cinayət işi üzrə məhkəmə başlayır.

APA xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, Oleq Bakinski ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfinfən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Oxşar xəbərlər

Bakıda həbs edilən ukraynalı milyarder və kriminal avtoritet Oleq Bakinskin nədə ittiham olunduğu məlum olub
Bakıda həbs edilən ukraynalı kriminal avtoritet Rusiya vətəndaşına qarşı xuliqanlıqda ittiham olunur
Bakıda həbs edilən ukraynalı milyoner Oleq Bakinskinin istəyi reallaşmayıb
Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski"nin məhkəməsinin vaxtı məlum olub
Bakıda həbs edilən kriminal avtoritetdən YENİ XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər