sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev xuliqanlıqla bağlı saxlanılıb
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.
Sizinxeber.az xəbər verir ki, o, barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.
İstintaq hərəkətləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumatı Sizinxeber.az-ya təsdiqləyib.
Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, Hacı Vəliyev əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub.
Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın "sədr"i kimi təqdim edirdi.
Oxşar xəbərlər
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib
"Gündəlik Bakı" qəzetinin baş redaktoruna hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
