FHN:  Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb
sizinxeber.az xəbər saytı

FHN: Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb


Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

Bu barədə "Report"a  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

Oxşar xəbərlər

Bakı və Gəncədə bəzi əraziləri yağış suları basıb, Sumqayıtda külək fəsadlara yol açıb
Su basmış ərazilərdən 31 nəfər təhlükəsiz əraziyə təxliyə edilib - YENİLƏNİB 2
Lənkəranın bir sıra kəndlərini su basıb, 22 nəfər təxliyə olunub - RƏSMİ
Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir
Bakı və Gəncədə bəzi əraziləri yağış suları basıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər