Lənkəranın bir sıra kəndlərini su basıb, 22 nəfər təxliyə olunub - RƏSMİ
Lənkəran şəhəri, rayonun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilər intensiv yağışlarla əlaqədar subasmaya məruz qalıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
Vurğulanıb ki, bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub.
Oxşar xəbərlər
Lənkəranda bəzi əraziləri su basıb, 22 nəfər təxliyə olunub - FOTO - VİDEO - YENİLƏNİB
Masazırda bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub
Su basmış ərazilərdən 31 nəfər təhlükəsiz əraziyə təxliyə edilib - YENİLƏNİB 2
Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir
Hacıqabulda subasmaya məruz qalmış bir sıra ərazilər təmizlənib, 11 nəfər təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













