Bakı və Gəncədə bəzi əraziləri yağış suları basıb, Sumqayıtda külək fəsadlara yol açıb
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində və Göygöl rayonunun Aşıqlı kəndində fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə daxil olan məlumatlar əsasında göstərilən yaşayış məntəqələrinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
Bundan əlavə, Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində çoxmənzilli yaşayış binasının dam örtüyündə və Sumqayıt şəhəri, 45-ci məhəllədə yaşayış binasının fasadında küləyin təsirindən dəmir parçalarının qopması və ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidməti və Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Oxşar xəbərlər
Naxçıvanda intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda son durum: Yağış ciddi fəsadlar törədib - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Liftdə köməksiz qalan sakin belə xilas edildi - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə 30-a yaxın fərdi yaşayış sahəsini su basıb, fəsadlar aradan qaldırılır - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bağlı qapı arxasında qalan vətəndaş xilas edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












