DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başlayıb
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
HP-nın hansı qurumlarla bağlı materialları Baş Prokurorluğa və DTX-ya göndərdiyi məlum olub
Naxçıvanda 4 auditlə bağlı materiallar Baş Prokurorluğa və DTX-ya göndərilib
Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Hesablama Palatasının fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub
"Naxçıvan TV"-də dövlət əmlakından istifadə ilə bağlı pozuntular aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













