Binədə marketlərdən 54 min manatlıq naqil oğurlanıb
sizinxeber.az xəbər saytı

Binədə marketlərdən 54 min manatlıq naqil oğurlanıb


Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində talama cinayəti qeydə alınıb.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, qabaqcadan əlbir olan naməlum şəxslər gecə saatlarında iki marketin anbarının qapısını qıraraq içəri daxil olub və oradan 54 min manat dəyərində naqil oğurlayıblar.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ərazidəki təhlükəsizlik kameraları yoxlanılıb və əməliyyat-axtarış fəaliyyətinə başlanılıb. Nəticədə oğurluq cinayətini törədən şəxslərin əvvəllər hər ikisi məhkum olunmuş 22 yaşlı Asif Pirimov ilə 24 yaşlı Kənan Cəfərov və 23 yaşlı İbrahim Nuriyev, 18 yaşlı Mirəhəd Əliyev olduqları müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edilib - VİDEO
Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb
Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO
Bakıda maskalı şəxslər 7 marketdən 42 min manatlıq oğurluq edib - VİDEO
Bakıda silsilə oğurluq edən şəxslər tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər