İrandan PUA ilə keçirilən narkotiki götürmək istəyənlər saxlanılıb
sizinxeber.az xəbər saytı

İrandan PUA ilə keçirilən narkotiki götürmək istəyənlər saxlanılıb


Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının (PUA) hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran istiqamətində geri qayıtması müşahidə edilib.

Bu barədə "Sizinxeber.az"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində atılmış bağlamanı götürmək məqsədilə əraziyə gələn Lənkəran rayon sakini – 1988-ci il təvəllüdlü Həsənov Anar Rasim oğlu, eləcə də avtomobildə onu gözləyən Qubadlı rayon sakini – 1985-ci il təvəllüdlü Hüseynov Razim Məhyəddin oğlu şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslər ilkin dindirilmə zamanı əraziyə PUA vasitəsilə atılmış 4 kiloqram 504 qram narkotik vasitə marixuananı götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

Araşdırma nəticəsində onların əvvəllər məhkum olduqları müəyyənləşdirilmişdir. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

İrandan Azərbaycana PUA ilə narkotik keçirməyə cəhd edilib, 2 nəfər tutulub - VİDEO
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edənlər saxlanılıb - FOTO
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, saxlanılan var
DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle