İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb
sizinxeber.az xəbər saytı

İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb


Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) "Sizinxeber.az"a verilən məlumata görə, martın 9-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram narkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkə ərazisinə keçirməyə cəhd göstərən İran vətəndaşları - 1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və 2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxşar xəbərlər

Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb
İrandan Azərbaycana 42 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edənlər saxlanılıb - FOTO
İrandan Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle