Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var - FOTO
sizinxeber.az xəbər saytı

Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var - FOTO


Naxçıvan şəhərində zəncirvari qəza olub.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində baş verib. Yol kəsişməsində 75-BD-273 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil, 75-TA-498 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobil və 75-BE-462 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil toqquşub. Qəza zamanı Naxçıvan şəhər sakini, 1993-cü il təvəllüdlü Eyvazova Nurəngiz Vilayət qizi xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var
Naxçıvanda zəncirvari qəza olub, 4 avtomobil toqquşub - FOTO
Naxçıvanda zəncirvari qəza olub, 4 avtomobil toqquşub
Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 17 yaşlı qız xəsarət alıb - FOTO
Naxçıvanda avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər