“QHT işi” üzrə daha 2 nəfər cinayət məsuliyyətinə cəlb olunub
“QHT işi” üzrə daha 2 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
APA xəbər verir ki, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi- hüquq müdafiəçisi Zamin Zəki barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla bağlı Binəqədi Rayon Məhkəməsi qərar verib. Hər iki şəxs barəsində 3 aylıq həbs qərarı verilib.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırır.
"İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay ( Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui - istifadə etmə) və 313 - cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Mirvari Qəhrəmanlı “QHT İşi” çərçivəsində prokurorluğa çağırılıb
Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb, həbslər var
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
Zaqatalada qanunsuz ağac kəsmədə təqsirləndirilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib
Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













