Ucarda diabet xəstələri üçün dərman qıtlığı yaranıb
sizinxeber.az xəbər saytı

Ucarda diabet xəstələri üçün dərman qıtlığı yaranıb


Ucarda diabet xəstələri üçün dərman qıtlığı yaranıb.

APA-nın yerli bürosunun xəbərinə görə, şəkərli diabet xəstələri artıq 2-ci aydır ki, qeydiyyatda olduqları Ucar Mərkəzi Rayon Xəstəxanasından (MRX) dövlət tərəfindən onlara təyin edilmiş pulsuz dərmanları ala bilmirlər. Bu, xəstələrin səhhətində problemlərin yaranmasına səbəb olub. Şikayətçilər bildirib ki, həkim diaqnozu əsasında təyin edilmiş dərmanların azad satışı olmadığından çıxılmaz vəziyyətə düşüblər. Onlar şikayətlərinin nəticəsiz qaldığını bildiriblər:

“Xəstəxanadan deyirlər ki, müvafiq qurumlar tələbata uyğun dərman göndərmir, bu səbəbdən xəstələr dərmanla təmin edilmir”.

"Ucar Mərkəzi Rayon Xəstəxanası" PHŞ-nin Farmokonəzarət sektoru və aptekinin müdiri Qüdrət Qarayev APA-ya bildirib ki, məsələdən xəbərdardırlar.

Onun sözlərinə görə, Ucarda 2976 şəkər xəstəsi qeydiyyata alınıb: “Biz müvafiq qurumlara tələbata uyğun dərman vasitələrinin göndərilməsi barədə sorğu göndəririk. Baş idarə isə dərman vasitələrinin təxminən 50 faizini göndərir. Bu səbəbdən xəstələrimizi dərmanla təmin edə bilmirik”.

Oxşar xəbərlər

Ucarda iki maşın toqquşub, xəsarət alanlar var
Ucarda qəza olub, ölən var
Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Ucarda minik avtomobili mikroavtobusla toqquşub
Ucarda qəza baş verib, xəsarət alanlar var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər