Cəbrayılda hərbçinin sursat partlayışı nəticəsində həlak olması ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Cəbrayılda hərbçinin sursat partlayışı nəticəsində həlak olması ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB


Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Bu barədə Sizinxeber.az-nın sorğusna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Məlumata görə, fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

***

10.28

Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən ərazidən tapılan sursat partlayışı nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərb qulluqçusu, kiçik gizir Musazadə Əsgər Nicat oğlu müxtəlif dərəcəlı bədən xəsarətləri alıb.

Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq DSX-dan bildirilib.

"Həkimlərin səylərinə baxmayaraq, o, həlak olub. Faktla bağlı DSX və Hərbi Prokurorluqda araşdırma aparılır", məlumatda deyilir.

Oxşar xəbərlər

Əsgər ölümü ilə bağlı cinayət işi açılıb
Müdafiə Nazriliyinin hərb qulluqçusunun ölüm faktı ilə bağlı araşdırma aparılır
Azərbaycan Ordusunun əsgərinin ölümü ilə bağlı araşdırma aparılır
Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı araşdırma aparılır - FOTO
Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə atəş nəticəsində ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle