Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı araşdırma aparılır - FOTO
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı araşdırma aparılır - FOTO


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Rüstəmov Faiq Akif oğlunun ölüm faktı
əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Hazırda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

Oxşar xəbərlər

Əsgər ölümü ilə bağlı cinayət işi açılıb
Azərbaycan Ordusunun əsgərinin ölümü ilə bağlı araşdırma aparılır
Müdafiə Nazriliyinin hərb qulluqçusunun ölüm faktı ilə bağlı araşdırma aparılır
Azərbaycan Ordusunun əsgəri odlu silahla özünü öldürüb
Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə atəş nəticəsində ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle