DTX rəisi: Ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısı qətiyyətlə alınacaq
Ötən il ərzində də təhlükəsizliyin etibarlı təmin olunması baxımından Dövlət Təhlükəsizliyi Xidməti səmərəli fəaliyyət göstərib.
Sizinxeber.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ilə bağlı tədbirdə DTX rəisi general-polkovnik Əli Nağıyev deyib.
O, xarici və daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü, xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini vurğulayıb.
Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən general-polkovnik Əli Nağıyev ölkəmizin təhlükəsizliyinə yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirib.
Oxşar xəbərlər
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb
Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












