Həbsdə olan şəxsi azad etmək adı ilə 16 min manat ələ keçirən şəxs həbs olunub
Həbsdə olan şəxsi azad etmək adı ilə 16 min manat ələ keçirməkdə ittiham olunan şəxs tutulub.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 44 yaşlı Vüqar İdrisov saxlanılıb.
O, azadlıqdan məhrum edilmiş şəxsi həbsdən azad etdirəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 16 min manat pulunu ələ keçirməkdə ittiham olunur.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. V.İdrisovun qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa polis orqanlarına məlumat verə bilərlər.
Oxşar xəbərlər
Mingəçevirdə 165 min manatlıq dələduzluq edən şəxs həbs edilib
Sabirabadda 135 min manatı ələ keçirməkdə ittiham olunan şəxs həbs edilib
Mingəçevirdə vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadan şəxs saxlanılıb
Mingəçevirdə dələduzluqla 300 min manatlıq mal-qaranı ələ keçirən şəxs saxlanılıb
Şirvanda dələduzluq edən şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













