Biləsuvarda polis əməliyyat keçirib, narkotik vasitə və silah-sursat aşkarlanıb
sizinxeber.az xəbər saytı

Biləsuvarda polis əməliyyat keçirib, narkotik vasitə və silah-sursat aşkarlanıb


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı E.Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Sizinxeber.az"un Muğan bürosuna verilən məlumata görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.

Keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Y.Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb
Balakən sakinindən tapança götürülüb
Samux sakinindən narkotik vasitə və silah aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər