Lənkəranda direktorun şagirdi döyməsi ilə bağlı xəbərlərə aydınlıq gətirilib
Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlumat verib.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb. Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, Təhmasib Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək onu müvafiq ekspertizadan keçirməkdən imtina edib.
Həmin tarixdə DİN-in "102" xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib.
Qeyd edək ki, Lənkəran rayonu Tütəpeştə kənd ümumorta məktəbində dərsə ikinci saat gələn şagirdin həmin məktəbin direktoru Rövşən Əliyev tərəfindən ölümcül döyülməsi və şagirdin dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.
Oxşar xəbərlər
Lənkəranda 43 yaşlı kişini blçaqlayan şəxs tutulub - FOTO - YENİLƏNİB-1
Lənkəranda kütləvi dava olub, bıçaqlanan var
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO
Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













