Lənkəranda kütləvi dava olub, bıçaqlanan var
Lənkəranda kütləvi davada bir nəfər bıçaqlanıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə gənclər arasında kütləvi dava axşam saatlarında Lənkəran rayonunun Ürgə kəndi ərazisində baş verib. Kütləvi davada Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.
Digər şəxslər; Lənkəran rayon Nərimanabad qəsəbə sakini 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il təvəllüdlü Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə və Lənkəran rayon Boladi kənd sakini 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda kütləvi dava olub, 4 nəfər xəsarət alıb, biri bıçaqlanıb
Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












