Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
mar
2025
20:00

Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb - FOTO

13 mar, 2025
20:00
752

Babək rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb - FOTO

Təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayonu ərazisində qeydə alınıb.

Belə ki, qəza üçün çağırışa gedən 75-AC-255 dövlət nömrə nişanlı "Mercedes" markalı təcili tibbi yardım avtomobili 75-BF-044 dövlət nömrə nişanlı "Mercedes" avtomobili ilə toqquşub.

Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Bəbək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın