Bu ilin iki ayında narkotiklərlə bağlı 545 nəfər tutulub, 17-si xarici vətəndaşdır
sizinxeber.az xəbər saytı

Bu ilin iki ayında narkotiklərlə bağlı 545 nəfər tutulub, 17-si xarici vətəndaşdır


Bu ilin yanvar-fevral ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 545 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə "Sizinxeber.az"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 17-18 yaşadək - 1 nəfər, 18-25 yaşadək 32 nəfər, 26-29 yaşadək 91 nəfər, 30 yaş və ondan yuxarı isə 421 nəfər təşkil edir. Həmin şəxslərdən 523-ü kişi, 22-si qadın olub.

Vurğulanıb ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 17 nəfəri xarici ölkə vətəndaşıdır. Onlardan 8-i İran, 3-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 202 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Oxşar xəbərlər

Bu il 5040 nəfər narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunub
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 43 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib
Son 11 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 min 693 nəfər məsuliyyətə cəlb edilib
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4 400 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Bu il narkotikə görə 545 nəfər saxlanılıb, 17 nəfəri əcnəbidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər