Astarada nəqliyyat vasitəsi orta yaşlı kişini vuraraq öldürüb
Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Astara şəhəri ərazisində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi piyada olan orta yaşlı kişini vurub.
Ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Qəzanı törətməkdə şübhəli bilinən şəxs isə hadisə yerindən qaçıb. Onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində işlər aparılır.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İlkin ehtimala görə, qəzaya səbəb dumanlı hava şəraitidir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Astarada piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Astarada 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Astarada avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
Astarada balıq tutan 47 yaşlı kişini cərəyan vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB-6
