DSMF-nin Zaqatala filialının müdiri piyadanı vuraraq öldürməkdə şübhəli bilinir - FOTO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
mar
2025
01:00

DSMF-nin Zaqatala filialının müdiri piyadanı vuraraq öldürməkdə şübhəli bilinir - FOTO - YENİLƏNİB

09 mar, 2025
01:00
564

DSMF-nin Zaqatala filialının müdiri piyadanı vuraraq öldürməkdə şübhəli bilinir - FOTO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi Qaxda "Toyota" markalı minik avtomobili piyadanı vuraraq öldürüb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır.

***
23:11

Qaxda maşın piyadanı vuraraq öldürüb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın