İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğularaq ölüb, biri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğularaq ölüb, biri xəstəxanaya yerləşdirilib - YENİLƏNİB


Xəbər verdiyimiz kimi, İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

APA-nın yerli bürosu xəbər verir ki, faciə nəticəsində ana və iki azyaşlı övladı həyatını itirib.

Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

"Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilir", - TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq deyilib.


***
22:44

İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Oxşar xəbərlər

İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğularaq ölüb, daha ikisi xəstəxanaya yerləşdirilib
İmişlidə üç nəfər dəm qazından boğularaq ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
İmişlidə üç nəfər dəm qazından boğularaq ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib
Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Sumqayıtda üç nəfər dəm qazından zəhərlənib, onlardan biri ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər