sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Yardımlıda dərədən "Kalaşnikov" avtomatı aşkarlanıb
Yardımlı rayonunda dərədən "Kalaşnikov" avtomatı aşkar edilib.
"Report"un Cənub bürosunun məlumatına görə, Yardımlı rayonunun Telavar kəndinin ərazisində dərədə silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat, 6 ədəd patron darağı və 442 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.
Oxşar xəbərlər
Ələt-Astara yolunun kənarından avtomat tapılıb
Lənkəranda silah-sursat tapılıb
Neftçala rayon sakinindən avtomat götürülüb
Şabranda 25 yaşlı şəxsdə xeyli sayda silah-sursat aşkarlanıb
Cəlilabadda otlaq sahəsindən silah-sursat aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














