Neftçala rayon sakinindən avtomat götürülüb
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərə görə məhkum olunmuş Amil Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Sizinxeber.az"a verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd "AK-74" markalı avtomat, 14 ədəd patron və 1 ədəd patron darağı aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən 8 ədəd ov tüfəngi təhvil götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
