sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb - FOTO
Ədliyyə Nazirliyi Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib.
PX-dən APA-ya verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində İbadov Vaqif İmanxan oğluna məxsus 1 ədəd lüləsi və qundağı kəsik ov tüfəngi, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1171 ədəd müxtəlif kalibrli patron və 1 ədəd siqnal tapançası Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində dəmiryolunun kənarında sahibsiz tikilinin yaxınlığında aşkar edilərək götürülüb.
Əl qumbaraları Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda əl qumbarası aşkarlanaraq zərərsizləşdirilib
Bakıda əl qumbarası zərərsizləşdirilib
DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirib, gizlədilmiş avtomat tapılıb - FOTO
Qobustanda silah-sursat aşkar edilib - VİDEO
Saray qəsəbəsində silah-sursat aşkar edilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













