Bakıda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az xəbər verir ki, hadisə Mərdəkan yolunun Buzovnaya ayrılan hissəsində qeydə alınıb.
"Hyundai" markalı, 77-FS-511 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri cəlb edilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzindən verilən məlumata görə, 16.02.2025-ci il tarixində saat 21:50 radələrində Mərdəkan yolu ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən 18 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Sübhan Şərif
Oxşar xəbərlər
Sabunçuda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakıda yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB
Maştağada avtomobilin vurduğu piyada hadisə yerində ölüb
Bakıda 22 yaşlı gənc özünü binadan ataraq intihar edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
