Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır - FOTO - VİDEO


Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır.

APA xəbər verir ki, “Rus Evi”nin əməkdaşları divarlardan tabloları çıxarır, əşyaları daşıyırlar.

Qeyd edək ki, Bakıdakı “Rus Evi” bu gün açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, “Rossotrudniçestvo”nun nümayəndəliyi – Bakıdakı “Rus Evi” öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.

Eyni zamanda, bu gün Bakıda “Rus Evi”nin yerləşdiyi binadan mərkəzin
adının rus dilində yazılmış hissəsi sökülüb.

Xatırladaq ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə
xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

Oxşar xəbərlər

Bakıdakı “Rus Evi” fəaliyyətini dayandırmaq üçün tədbirlər görür
Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib
Bakıda “Rus Evi”nin binasındakı yazılar sökülür - VİDEO
UEFA Avropa Liqasının oyunları keçirilib
Rusiya XİN “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Azərbaycandan nota aldığını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər