FHN Bakıda restoranın fəaliyyətini dayandırıb
Bakı şəhəri, Qaradağ rayonunda “Xəzri” restoranında yanğın təhlükəsi aşkarlanıb və restoranın fəaliyyəti dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunub:
"Bununla yanaşı ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, fasad hissənin üzlənməsində istifadə olunmuş materialların yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim olunmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb".
Həmçinin obyekt yanğın su hovuzu və daxili yanğın su kranları ilə təmin olunmayıb:
"Obyekt odsöndürən balonlarla tam təmin edilməyib və təxliyə planı mövcud deyil. Restoranın daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb".
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Oxşar xəbərlər
Ağsuda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
Şabranda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
İki rayonda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılıb - FOTO - VİDEO
Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
İsmayıllıda yanğın təhlükəli univermağın fəaliyyəti dayandırılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













