Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - YENİLƏNİB


Fevralın 4-də saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.

Bu barədə APA-ya Mərkəzi Aran Regoinal Təhsil İdarəsindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb: “Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Fəridə

***

10.11

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.

Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ucar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Oxşar xəbərlər

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib, araşdırma aparılır - RƏSMİ
Gəncədə X sinif şagirdi məktəbliyə xəsarət yetirib
Xaçmazda məktəbli bıçaqlanıb, sinif yoldaşı saxlanılıb - YENİLƏNİB-1
Xaçmazda 10-cu sinif şagirdi bıçaqlanıb
Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle